11.09.2022. Baş Prokurorluq “Xural” qəzetinin təsisçisi Əvəz Zeynallı ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı-Rasim Məmmədovun ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərləri araşdırdığını bildirib. Qeyd edək ki, “Haqqin.az” saytının yaydığı məlumata görə, ötən şənbə günü, sentyabrın 3-də jurnalist Ə.Zeynallı həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməyə başlayıb. Qeyd edilib Ə.Zeynallı həbsdə olan iş adamının ailəsinə və övladlarına böhtan atıb. Ə.Zeynallı iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxın adamlarından pul almağa nail olub. Lakin Ə.Zeynallı üzərinə düşən öhdəliyi pozub. Pul mükafatı aldıqdan sonra o, iş adamını təhqir və tənqid etməyə davam edib. Buna cavab olaraq iş adamının yaxın qohumları pullarını geri tələb ediblər”.
Sentyabrın 11-də Binəqədi rayon Məhkəməsində Ə. Zeynallı və E. Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs 4 ay müddətinə azadlıqdan məhrum edilib.