https://azerbaijanjournalists.az ( https://azərbaycanjurnalistləri.az ) Web-səhifəsi
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTD İB) tərəfindən hazırlanıb və idarə olunur. Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Web-səhifə "dinamik sayt" tipindədir. Azərbaycan mediasında baş verən hadisələr, media landşaftını əks etdirən bilgilər, həmçinin, digər uyğun mövzular burada toplanılacaq. Azərbaycan mediası ilə əlaqəli bilgi axtaran hər kəs üçün mənbə rolunu oynayacaq.
Paralel olaraq, Ermənistanın təcavüzkar siyasəti nəticəsində həyatını itirmiş, fiziki xəsarət almış jurnalistlər, o cümlədən, fəaliyyətini məcburən dayandırmış, köç etməyə məcbur qalmış KİV redaksiyaları barədə hazırladığımız informasiyalar da bu websaytda yerləşdiriləcək, beynəlxalq təşkilatlar üçün istinad mənbəyi rolunu oynayacaq.
MEDİADA İNNOVATİV TƏŞƏBBÜSLƏRƏ DƏSTƏK İCTİMAİ BİRLİYİ
Mediada İnnovativ Təşəbbüslərə dəstək İctimai Birliyi (MİTD İB) 2014-cü ildə Azərbaycanın peşəkar jurnalistləri tərəfindən qurulub və eyni ildə Azərbaycanın Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınıb. MİTDİB Azərbaycanın daxilində olduğu kimi, dünyanın hər tərəfində fəaliyyət göstərən jurnalist qurumları ilə sıx əlaqə saxlayır.
Təşkilatın əsas məqsədi və fəaliyyət istiqamətləri:
MİTD İB-nin əsas missiyası söz və ifadə azadlığının, medianın inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsidir. Təşkilat jurnalistlərin peşəkarlığının artırılması üçün təlimlər, seminarlar keçirir, ifadə azadlığının dəstəklənməsi kampaniyalarında aktiv iştirak edir, dünyada diqqət çəkən trend yeniliklərin öyrənilib Azərbaycanda tətbiq edilməsinə çalışır.
Bu məqsədlərə nail olmaq üçün MİTDİB istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat Azərbaycan QHT Agentliyin (əvvəllər QHT Şuranın ), KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə 30-a yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhvələr verib.
Beynəlxalq fəaliyyət:
MİTD İB Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) ilə partnyor təşkilatdır. JuHİ vasitəsilə iki nüfuzlu beynəlxalq qurumda təmsil olunub. Bunlar baş qərargahı Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası (www.IFJ.org) və Avropa Jurnalistlər Federasiyasıdır.
Ölkə içi fəaliyyət
MİTD İB daxili strukturlarını möhkəmləndirməklə məşğuldur. Təşkilat Azərbaycan Mətbuat Şurasının üzvlərindəndir. MİTD İB sədri hazırda MŞ İdarə Heyətində təmsil olunur. MEDİA Agentliyi və QHT Agentliyi ilə sıx əməkdaşlıq edir.
MİTD İB-nin sədri Müşfiq M. Ələsgərlidir
Müşfiq Ələsgərli:
- MİTD İB ilə yanaşı Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədridir
- Avropa Jurnalistlər Federasiyasının (AJF /EFJ) üzvü, Azərbaycan üzrə təmsilçisidir
- Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF/İFJ) üzvü, Azərbaycan üzrə təmsilçisidir
- Media ekspertidir
- Azərbaycan Mətbuat Şurası sədrinin müavinidir
ÜNVAN:
Mətbuat prospekti, 529-cu məhəllə 23 M. 6-cı mərtəbə, 601 saylı otaq, Bakı şəhəri Az-1073,
Mob/ WhatsApp: (+994 050) 324 65 30 / (+994 51) 756 77 73
E-mail: [email protected] / [email protected]