MİTDİB / JuHİ-yə üzvlük üçün qaydalar
– Ən azı 2 il jurnalist fəaliyyəti olmalıdır.
– Azərbaycan Mətbuat Şurası tərəfindən qəbul edilmiş “Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”n bilməli, onun şərtlərinə əməl etməlidir.
– JuHİ-yə üzv olmaq istədiyini ehtiva edən ərizə yazmalı, JuHİ tərəfindən təqdim edilmiş “Üzvlük blankı”nı tamamlamalıdır. Blanka əlavə olaraq:
– 2 ədəd fotoşəkil,
– şəxsiyyət vəsiqəsinin surəti,
– ixtisası üzrə diplomunun surətini,
– iş yerindən arayışı və
– əmək müqaviləsinin surətini təqdim edir.
– Əgər müstəqil jurnalist (freelance) kimi fəaliyyət göstərirsə, aylıq qazancından DSMF və Vergi köçürmələri barədə qəbzlər təqdim edilir.
İstənilən vəziyyətdə çatımlı olan əlaqə vasitələrini (sabit və mobil telefonlar, e-mail ünvanı və sair) təqdim etməli, ən azı ayda bir dəfə təşkilatla əlaqə saxlamalı, intensiv şəkildə jurnalist fəaliyyəti, həmçinin, şəxsi durumu barədə təşkilata məlumat verməlidir.
Təşkilat üzvlüyünə qəbul edildikdən sonra:
– Aylıq üzvlük haqqı köçürməlidir.
– Üzvlük haqqı üzvün aylıq əmək haqqının 2 faizi qədərində müəyyən olunur.
– Təşkilatın tədbirlərində aktiv iştirak etməli, tədbirlərə dəvətdən üzürsüz olaraq yayınmamalıdır.
– Problemlə üzləşdiyi təqdirdə, JuHİ-nin müvafiq strukturlarını, o cümlədən, JuHİ sədrini həm telefon, həm də elektron məktub vasitəsilə məlumatlandırmalıdır.
JuHİ-yə üzvlüyün üstünlükləri barədə tanış olmaq üçün daxil ol.
Mob: + 994 50 324 6530
E-mail: [email protected]
Siz, MİTDİB / JuHİ –yə qoşulmaqla aşağıdakıları əldə edəcəksiniz:
– JuHİ-nin seçkili orqanlarına seçilmək və ya istədiyi namizdi bu qurumlara seçdirmək üçün təkliflər vermək
– Çalışdığınız redaksiyada əmək və digər sosial hüquqlarınızın qorunması üçün bizdən yardım alacaqsınız (Biz üzvlərimizin əmək hüquqlarını müdafiə edirik);
– Peşəkar haqlarınızın qorunması üçün yardımlar alacaqsınız (Biz üzvlərimizə pozulmuş hüquqlarını bərpa etmək üçün pulsuz hüquqi yardım edirik);
– Sağlam və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq üçün yardım alacaqsınız;
– Pulsuz təlimlər (Biz üzvlərimizə əmək hüquqlarının qorunması, malik olduqları sosial hüquqlardan istifadə qaydaları haqqında pulsuz təlimlər keçirik);
– JuHİ xətti ilə media ilə bağlı beynəlxalq tədbirlərə qatılmaq şansı
– JUHİ mətbuat və söz azadlığının inkişaf etdirilməsinə çalışır
– JUHİ hər jurnalisti əmək müqaviləsi ilə təmin etməyə çalışır