MİTD İB / JuHİ (Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı) nəzdində GENDER QRUPU fəaliyyət göstərir. Qrup yeddi nəfərdən ibarətdir. Koordinatoru MİTD İB / JuHİ İdarə Heyətinin üzvü, jurnalist Təranə Məhərrəmovadır.
MİTD İB / JuHİ GENDER QRUPU Azərbaycan mediasında gender bərabərliyinin durumunu monitorinq edir, mövzu üzrə hesabatlar hazırlayır. “Azərbaycan mediasında gender bərabərliyi: mövcud durum” adlı hesabat və eyni adlı vəsait ilk dəfə JuHİ / MİTD İB tərəfindən 2011-ci ildə, yenilənmiş versiyası isə 2020-ci ildə hazırlanaraq çap edilib.
I hesabat “Azərbaycan mediasında gender məsələsi” adlanır. Hesabat JuHİ-nin Beynəlxalq Jurnalistlər Fedrasiyası ilə birgə icra etdiyi, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan layihəsi çərçivəsində hazırlanıb.
“Azərbaycan mediasında gender məsələsi” adlı vəsait və eyni adlı hesabat
https://azerbaijanjournalists.az/files/gender-hesabat.pdf
II hesabat isə “Gendr bərabərliyi və media” adlanır. Hesabat JuHİ tərəfindən Avropa Şurasının dəstəyi ilə hazırlanıb.
“Gendr bərabərliyi və media” adlı vəsait və eyni adlı hesabat