MİTD İB / JuHİ (Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı) nəzdində MONİTORİNQ QRUPU fəaliyyət göstərir. Qrup 3 nəfərdən ibarətdir. Koordinatoru MİTD İB / JuHİ İdarə Heyətinin üzvü, jurnalist Seymur Verdizadədədir.
MİTD İB / JuHİ MONİTORİNQ QRUPU Azərbaycan mediasında gündəlik prosesləri monitorinq edir, mövzu üzrə hesabatlar hazırlayır. Mediada diqqət çəkən trendlər, media insidentləri və digər məqamlar üzrə gündəlik və illik hesabatlar hazırlayıb yayır.
“İllik Hesabatlar” da Azərbaycan jurnalistlərinin çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, jurnalistləri daha çox qayğılandıran problemlər, ilin uğurları barədə məlumatlar əks etdirilir.