AZƏRBAYCAN JURNALİSTLƏRİ
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

İdarə Heyəti və İşçi Qruplar

MİTD İB  / JuHİ –də gündəlik fəaliyyəti  sədr,

 İdarə Heyəti və İşçi Qruplar  həyata keçirirlər

 

İdarə Heyəti (İH) 7 nəfərdən ibarətdir:

-        İH təşkilata ümumi rəhbərliyi həyata keçirir, gündəlik proqramların icrasını təmin edir.

Təşkilatın nəzdində 2 işçi qrup fəaliyyətdədir:

-        Birinci işçi  qrup mediada cərəyan edən proseslər üzrə gündəlik monitorinqi həyata keçirir. Azərbaycan mediasının durumu üzrə  illik hesabatlar hazırlayır və yayır.

-        İkinci işçi qrup isə Azərbaycan mediasında gender bərabərliyi məsələlərini araşdırır. Hesabatlar və vəsaitlər hazırlayır.

 

İdarə Heyətinin üzvləri 

-  Müşfiq Ələsgərli (sədr);

- Seymur Verdizadə (İH üzvü, monitorinq qrupunun rəhbəri );

- Təranə Məhərrəmova (İH üzvü, gender qrupunun rəhbəri);

- Fəridə Ağazadə  (İH üzvü);

- Taleh Şahməmmədli (İH üzvü);

- Niyaz Niftiyev (İH üzvü);

- Elçin Zahiroğlu (İH üzvü).

 

Gender qrupu

MİTD İB / JuHİ  (Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi  və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı) nəzdində GENDER QRUPU fəaliyyət göstərir. Qrup yeddi nəfərdən ibarətdir. Koordinatoru MİTD İB / JuHİ  İdarə Heyətinin üzvü, jurnalist  Təranə Məhərrəmovadır.

MİTD İB / JuHİ GENDER QRUPU  Azərbaycan mediasında gender bərabərliyinin durumunu monitorinq edir, mövzu üzrə hesabatlar hazırlayır. “Azərbaycan mediasında gender bərabərliyi: mövcud durum” adlı hesabat və eyni adlı vəsait ilk dəfə  JuHİ / MİTD İB  tərəfindən 2011-ci ildə, yenilənmiş versiyası isə 2020-ci ildə hazırlanaraq çap edilib.

I hesabat  “Azərbaycan mediasında gender məsələsi” adlanır. Hesabat  JuHİ-nin Beynəlxalq Jurnalistlər Fedrasiyası ilə birgə icra etdiyi, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən  “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan layihəsi çərçivəsində hazırlanıb.