AZƏRBAYCAN JURNALİSTLƏRİ
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiq edib

Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiq edib

26 sentyabr 2022. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları” haqqında  Fərman imzalayıb. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fərmana əsasən, ASAN Xidmət (Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi)  “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir. 

date 26 Sentyabr 2022 author Admin