AZƏRBAYCAN JURNALİSTLƏRİ
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Televiziyaların lisenziya alması üçün tətbiq edilən dövlət rüsumu 10 dəfə azaldılıb

Televiziyaların lisenziya alması üçün tətbiq edilən dövlət rüsumu 10 dəfə azaldılıb

06 may 2022.  Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanunun 22-ci maddəsindəki  (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) “ümumrespublika televiziya yayımı” ifadəsi  “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəzlənib. Həmçinin, bu kateqoriyaya daxil lan KİV subyektləri üçün tətbiq edilən  dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilib.

date 06 May 2022 author Admin