18 Aprel 2022. Media reyestrinin aparılma qaydalarının, eyni zamanda jurnalist vəsiqəsinin və media reyestri şəhadətnaməsinin formasının ilkin layihəsi hazırlanıb. “Trend”in məlumatına görə, bu barədə məlumatı Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva verib. Onun sözlərinə görə, aidiyyəti üzrə işçi qaydada müvafiq qurumlarla müzakirələr aparılıb.
“Düşünürük ki, media reyestrinin müəyyən edilən müddətdə formalaşdırılıb həyata keçirilməsinə nail olunacaq”, - deyə, o bildirib.