AZƏRBAYCAN JURNALİSTLƏRİ
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Qəzet təsis etmək hüququ olan dövlət qurumlarının siyahısı

Qəzet təsis etmək hüququ olan dövlət qurumlarının siyahısı

17.09.2022. “Media haqqında” qanunun 59.2-ci maddəsində qeyd olunub ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər.  

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli fərmanı ilə ölkədə çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiqlənib və sayları artırılıb. Siyahıya Prezidentin İşlər İdarəsi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət İmtahan Mərkəzi daxildir. 

date 17 Sentyabr 2022 author Admin