14 sentyabr 2022. “Səda TV” MMC-nin direktor müavini və eyniadlı internet kanalının faktiki rəhbəri Elnur Şükürov həbs edilib.
O, Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq bildirib ki, Elnur Şükürovun məsələsi təsadüfən ortaya çıxıb. Baş Prokurorluq İstintaq idarəsində Əvəz Zeynalov və Elçin Sadıqovun təqsirləndirilmələrinə dair cinayət işi üzrə aparılan istintaq gedişində Elnur Şükürovun qanunsuz əməlləri ortaya çıxıb.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.