8 may 2022. Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokuna daxil olarkən, jurnalist Aytən Məmmədova naməlum şəxsin bıçaqlı hücumuna məruz qalıb.
Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.
Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.
Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng-Mərkəzinə müraciət edilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.