11 Oktyabr 2022. Azərbaycanda Media Reyestrində qeydə düşəcək jurnalistlər üçün nəzərdə tutulan vəsiqənin forması, verilmə, dəyişdirilmə və istifadə qaydası təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, jurnalistlər Media Reyestrinə könüllülük əsasında daxil ediləcəklər. Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.