5 Avqust 2022. "Sputnik Azərbaycan" agentliyinin rusdilli versiyasının dörd redaktoru istefa verib. Redaktorlar Zülfiyyə Əliyeva, Gülzar Mustafayeva, Cəmilə Əfəndiyeva və Yelena Starostina vəzifələrini tərk edib.
Buna səbəb Azərbaycanın mövqeyinə qarşı materialın verilməsi tələb olunub.
Belə ki, redaktorlardan Müdafiə Nazirliyinin “Qisas” əməliyyatı ilə bağlı Azərbaycanın rəsmi mövqeyini təkzib edən Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatını vermək tələb edilib.