AZƏRBAYCAN JURNALİSTLƏRİ
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
"Bakutime.az" saytının rəhbəri Zaur Mirzəzadə həbs edilib

"Bakutime.az" saytının rəhbəri Zaur Mirzəzadə həbs edilib

17 may 2002. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Zaur Mirzəzadə məhkəmə zalında həbs edilib və ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib."Qafqazinfo" bildirib ki, "Bakutime.az" saytının rəhbəri dələduzluq ittihamı ilə günahlandırılıb. Bakı Apellyasiya Məhkəməsininin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə onun həbsinə qərar verilib. 

Qeyd olunur ki,  bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Mirzəzadə barəsində şərti cəza verdiyi üçün o, azadlıqda qalmışdı. Bakı Apellyasiya Məhkəməsi isə şərti cəzanı həbslə əvəzləyib. 

Zaur Mirzəzadə "bakutime.az" saytı ilə yanaşı, həm də QHT təmsilçisi- Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri kimi tanınıb.   

date 17 May 2022 author Admin