AZƏRBAYCAN JURNALİSTLƏRİ
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Azərbaycan jurnalistləri COVİD-19 pandemiyası dövründə

“Jurnalistlərin Həmkarlar İttifaqı (JUHİ) tərəfindən aparılan monitorinqlərin nəticəsinə görə, 2020-ci ildə COVİD-19 pandemiyası başlayandan 2022-ci ilin fevral ayına qədər olan dövrdə   405 nəfər Azərbaycan  jurnalisti  koronavirusa yoluxub".  Bu sözləri Lent.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Ələsgərli bildirib ki, 405 nəfərdən 117 nəfəri 2020-ci ildə,  288 nəfəri isə  2021-ci ildə yoluxanlardır:

 “İndiyə qədər 16 nəfər jurnalist koronavirusdan vəfat edib. Onlardan 8-i 2020-ci ildə, 8-i isə 2021-ci ildə dünyasını dəyişib.” 

2022-ci ildə jurnalistlər arasında COVID-dən ölüm faktı qeydə alınmayıb. Yeni ştammla bağlı vəziyyətə gəldikdə deyə bilərəm ki, hazırda 17 jurnalist “omicron”a yoluxub. Qeyd etmək istəyirəm ki, biz yalnız öz xəstəliyini ictimailəşdirən şəxsləri siyahıya ala bilirik”.