I QARABAĞ MÜHARİBƏSİ ZAMANI FƏALİYYƏTİ DAYANDIRILMIŞ
VƏ YA MƏCBURƏN KÖÇ EDİB BAŞQA ƏRAZİLƏRDƏ MƏSKUNLAŞDIRILMIŞ
AZƏRBAYCAN KİV-ləri
I Qarabağ müharibəsi zamanı Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi və onun ətrafında olan rayonlar işğala məruz qaldıqdan sonra ərazidə əvvəlcədən fəaliyyət göstərmiş 9 qəzet, 1 Televiziya redaksiyası, həmçinin, bu redaksiyalarda çalışmış 85 nəfər jurnalist, 37 nəfər texniki işçi məcburi köçkünə çevrilmiş, fəaliyyətlərində ciddi problemlər yaranmışdır.
Tədqiqat materialları Müşfiq Ələsgərlinin təşəbbüsü və müəllifliyi ilə hazırlanmışdır. Tədqiqat Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri və KİV redaksiyaları” adlı layihə çərçivəsində icra edilmişdir. Layihəyə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı göstərib. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTDİB) sədri və qeyd edilən layihənin müəllifi Müşfiq Ələsgərlidir.
“Ağdam” qəzeti
Qəzet 1930-cu illərdə Ağdam rayonunda “ Lenin yolu” adı ilə yaradılıb. 1993-cü il ilin iyul ayına-Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər müxtəlif adlar altında fasiləsiz fəaliyyət göstərib. 1990-cı ildə adı dəyişdirilərək “Ağdam” qəzeti adlandırılıb. Rayonun işğal edilməsi ərəfəsində “Ağdam” qəzetində 9 nəfər jurnalist, 3 nəfər texniki işçi olmaqla, ümumilikdə 12 nəfər çalışıb. Qəzet 11 min tirajla dərc edilib. Rayon işğal edilən ərəfədə qəzetin baş redaktoru Bəbir Hüseynov olub.
Qəzetlə bərabər rayonda radio şəbəkəsi də fəaliyyət göstrib, 2 nəfər işçisi olub.
1993-cü ildə Ağdam rayonu işğal edildikdən sonra redaksiya Bərdə şəhərinə köçürülüb. Daha sonra Quzanlı qəsəbəsində məskunlaşdırılıb. Köçkünlük dövründə qəzetin nəşrində problemlər yaranıb, fasilələrlə dərc edilib. İmkansızlıq səbəbində işçilərin əksəriyyəti ixtisar edilib, tirajı enib. Radio şəbəkənin fəaliyyəti isə dayandırılıb.
“Xudafərin” qəzeti
Qəzet 1932-ci illərdə Cəbrayıl rayonunda yaradılıb. 1993-cü il ilin avqust ayına- Cərayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər müxtəlif adlar altında fasiləsiz fəaliyyət göstərib. 1991-cı ildə adı dəyişdirilərək “Xudafərin” qəzeti adlandırılıb. Rayonun işğal edilməsi ərəfəsində “Xudafərin” qəzetində 7 nəfər jurnalist, 3 nəfər texniki işçi olmaqla, ümumilikdə 10 nəfər çalışıb. Qəzet 5 min tirajla dərc edilib. Rayon işğal edilən ərəfədə qəzetin baş redaktoru Afər Əhmədov, sonra isə Seyfəddin Əliyev olub.
Qəzetlə bərabər rayonda radio şəbəkəsi də fəaliyyət göstrib, 2 nəfər işçisi olub.
1993-cü ildə Cəbrayıl rayonu işğal edildikdən sonra redaksiya Bakıya, daha sonra rayonlara köçürülüb. Köçkünlük dövründə qəzetin nəşrində problemlər yaranıb, fasilələrlə dərc edilib. İmkansızlıq səbəbində işçilərin əksəriyyəti ixtisar edilib, tirajı enib.
Radio şəbəkənin fəaliyyəti isə dayandırılıb.
“Araz” qəzet
Qəzet 1930-cu illərdə Füzuli rayonunda yaradılıb. 1993-cü ildə Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər müxtəlif adlar altında fasiləsiz fəaliyyət göstərib. Rayonun işğal edilməsi ərəfəsində “Araz” qəzetində 8 nəfər jurnalist, 3 nəfər texniki işçi olmaqla, ümumilikdə 11 nəfər çalışıb. Rayon işğal edilən ərəfədə qəzetin baş redaktoru Məcnun Namazəliyev olub.
Qəzetlə bərabər rayonda radio şəbəkəsi də fəaliyyət göstrib, 2 nəfər işçisi olub.
1993-cü ildə Füzuli rayonu işğal edildikdən sonra redaksiya digər rayonlara köçürülüb. Köçkünlük dövründə qəzetin nəşrində problemlər yaranıb, fasilələrlə dərc edilib. İmkansızlıq səbəbində işçilərin əksəriyyəti ixtisar edilib, tirajı enib.
Radio şəbəkənin fəaliyyəti isə dayandırılıb.
“Kənd həyatı ” qəzeti
Qəzet 1930-cu illərdə Zəngilan rayonunda yaradılıb. 1993-cü ilin oktyabrında Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər fasiləsiz fəaliyyət göstərib. Rayonun işğal edilməsi ərəfəsində “Kənd həyatı ” qəzetində 7 nəfər jurnalist, 3 nəfər texniki işçi olmaqla, ümumilikdə 10 nəfər çalışıb. Rayon işğal edilən ərəfədə qəzetin baş redaktoru Mürsəl Qocayev olub.
1993-cü ildə Zəngilan rayonu işğal edildikdən sonra redaksiya digər rayonlara köçürülüb. Köçkünlük dövründə qəzetin nəşrində problemlər yaranıb, fasilələrlə dərc edilib. İmkansızlıq səbəbində işçilərin əksəriyyəti ixtisar edilib, tirajı enib.
“Bərgüşad” qəzeti
Qəzet 1930-cu illərdə Qubadlı rayonunda “Avanqard” adı ilə yaradılıb. 1993-cü ildə Qubadlı i rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər fəaliyyət göstərib. 1990-cı ildə adı dəyişdirilərək “Bərgüşad” adlandırılıb. Rayonun işğal edilməsi ərəfəsində “Bərgüşad” qəzetində 6 nəfər jurnalist, 3 nəfər texniki işçi olmaqla, ümumilikdə 9 nəfər çalışıb. Rayon işğal edilən ərəfədə qəzetin baş redaktoru Mahir Babayev olub.
Qəzetlə bərabər rayonda radio şəbəkəsi də fəaliyyət göstrib, 2 nəfər işçisi olub.
1993-cü ildə Qubadlı rayonu işğal edildikdən sonra redaksiya digər rayonlara köçürülüb. Köçkünlük dövründə qəzetin nəşrində problemlər yaranıb, fasilələrlə dərc edilib. İmkansızlıq səbəbində işçilərin əksəriyyəti ixtisar edilib, tirajı enib.
Radio şəbəkənin fəaliyyəti isə dayandırılıb.
“Laçın ” qəzeti
Qəzet 1930-cu illərdə Laçın rayonunda yaradılıb. 1992-ci ilin may ayına-Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər fasiləsiz fəaliyyət göstərib.. Rayonun işğal edilməsi ərəfəsində “Laçın” qəzetində 8 nəfər jurnalist, 3 nəfər texniki işçi olmaqla, ümumilikdə 11 nəfər çalışıb. Qəzet 4 min tirajla dərc edilib. Rayon işğal edilən ərəfədə qəzetin baş redaktoru Hüseyn Həsənov olub.
Qəzetlə bərabər rayonda radio şəbəkəsi də fəaliyyət göstrib, 2 nəfər işçisi olub.
1993-cü ildə Laçın rayonu işğal edildikdən sonra redaksiya Ağcabədi rayonunda, daha sonra İsmayıllı rayonunda məskunlaşdırılıb. Köçkünlük dövründə qəzetin nəşrində problemlər yaranıb, fasilələrlə dərc edilib. İmkansızlıq səbəbində işçilərin əksəriyyəti ixtisar edilib, tirajı enib.
Radio şəbəkənin fəaliyyəti isə dayandırılıb.
“Yenilik” qəzeti
Qəzet 1930-cu illərdə Kəlbəcər rayonunda yaradılıb. 1993-cü il ilin aprel ayına-Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər fasiləsiz fəaliyyət göstərib. Rayonun işğal edilməsi ərəfəsində “Yenilik” qəzetində 15 nəfər jurnalist jurnalist, 3 nəfər texniki işçi olmaqla, ümumilikdə 18 nəfər çalışıb. Qəzet 5 min tirajla dərc edilib. Rayon işğal edilən ərəfədə qəzetin baş redaktoru Zimistan Həsənov olub.
Qəzetlə bərabər rayonda radio şəbəkəsi də fəaliyyət göstrib, 2 nəfər işçisi olub.
1993-cü ildə Kəlbəcər rayonu işğal edildikdən sonra redaksiya Gəncə şəhərinə köçürülüb. Burada adı dəyişdirilərək “Kəlbəcər harayı” adı ilə nəşr edilib. Köçkünlük dövründə qəzetin nəşrində problemlər yaranıb, fasilələrlə dərc edilib. İmkansızlıq səbəbində işçilərin əksəriyyəti ixtisar edilib, tirajı enib.
Radio şəbəkənin fəaliyyəti isə dayandırılıb.
“Xocalının səsi” qəzeti
Qəzet 1991-ci ildə Xocalı rayonunda yaradılıb. 1992-ci ildə Xocalı rayonunun silahlı basqınlar altında olduğunu nəzərə alaraq, qəzetin redaksiyası Tərtər rayonunda yerləşdirilib. Qəzet Tərtərdə nəşr edilib, Xocalıda yayılıb. Rayonun işğal edilməsi ərəfəsində “Xocalının səsi” qəzetində 6 nəfər jurnalist, 2 nəfər texniki işçi olmaqla, ümumilikdə 8 nəfər çalışıb. Qəzet 3 min tirajla dərc edilib. Rayon işğal edilən ərəfədə qəzetin baş redaktoru Sərdar Mehdiyev olub. Hazırda qəzetə Qalib Bəyməmmədoğlu rəhbərlik edir.
1992-ci ildə Xocalı rayonu işğal edildikdən sonra redaksiya Bərdə şəhərinə köçürülüb. Daha sonra Tərtər, Bakı, Gəncə və digər şəhərlərdə müvəqqəti məskunlaşdırılıb. Köçkünlük dövründə qəzetin nəşrində problemlər yaranıb, fasilələrlə dərc edilib. İmkansızlıq səbəbində işçilərin əksəriyyəti ixtisar edilib, tirajı enib.
“Şuşa” qəzeti
Qəzet 1932-ci ildə Şuşa şəhərində yaradılıb. 1992-ci ildə Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər fasiləsiz fəaliyyət göstərib. Şəhərin işğal edilməsi ərəfəsində “Şuşa” qəzetində 14 nəfər jurnalist, 4 nəfər texniki işçi olmaqla, ümumilikdə 18 nəfər çalışıb. Qəzet 500 tirajla dərc edilib. Şəhər n işğal edilən ərəfədə qəzetin baş redaktoru Rəfiqə Tağıyeva olub.
1992-ci ildə Şuşa işğal edildikdən sonra redaksiya Bakı şəhərinə köçürülüb. Köçkünlük dövründə qəzetin nəşrində problemlər yaranıb, fasilələrlə dərc edilib. İmkansızlıq səbəbində işçilərin əksəriyyəti ixtisar edilib, tirajı enib.
“Şuşa” Televiziyası
1989-cu ildə Şuşa şəhərində yaradılıb. Bakıdan, Azərbaycan Dövlət Televiziyasından göndərilən 5 nəfərlik heyət tərəfindən idarə edilib. Heyətə jurnalist Bəxtiyar Qaraca rəhbərlik edib. 1990 –cı ildə, Sovet ordusu Bakıya daxil olub 20 yanvar qırğınlarını törədən zaman, informasiya blokadası yaratmaq məqsədilə AzTV-nin enerji bloku da partladılıb. Həmin günlərdə “Şuşa” Televiziyası informasiya blokadasının yarılmasında mühüm rol oynayıb. Amma gərginləşən vəziyyət fonunda “Şuşa” TV-nin fəaliyyəti mümkünsüz olub və o, dayandırılıb.