AZƏRBAYCAN JURNALİSTLƏRİ
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
"Sosial mediada təhlükəsizliyin tənzimlənməsi modelləri" mövzusunda konfrans keçirilib

"Sosial mediada təhlükəsizliyin tənzimlənməsi modelləri" mövzusunda konfrans keçirilib

MİTDİB.Bakı. 25 oktyabr 2025.  “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri”  mövzusunda növbəti konfrans keçirilib.  Mətbuat Şurasının konfrans zalında keçirilən tədbir Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  tərəfindən eyni adlı layihə çərçivəsində təşkil edilib. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Konfransı giriş sözü ilə açan Mətbuat Şurasının təmsilçisi İlqar Tağıyev MİTD İB-nin icra etdiyi layihə və konfransın mövzusu barədə məlumat verib. Qeyd edib ki, statistik məlumatlara əsasən, bu gün dünya əhalisinin yarıdan çoxu  informasiyanı sosial şəbəkələr üzərindən alır və yayır. Bu, sosial şəbəkə platformalarında təhlükəsizlik qaydalarının öyrənilməsini zəruri hala çevrir.

MŞ təmsilçisi sosial şəbəkələrdə təhlükəsizlik mövzusuna həsr edilmiş  layihəni hazırlayıb icra etdiyi üçün MİTD İB-yə, həmçinin, layihəyə dəsdək göstərən QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

 

Layihənin koordinatoru, MİTDİB sədri  Müşfiq Ələsgərli bildirib ki, ötən  5 ay müddətində icra edilən layihə çərçivəsində sosial şəbəkələrdə informasiya təhlükəsiliyi və onların tənzimlənməsi üzrə akademik mərkəzlər tərəfindən irəli sürülən son elmi tezislərdən, həmçinin, Almaniya, Fransa, Türkiyə, Çin , Rusiya və  ABŞ-də bu kontekstdə tətbiq olunan  modellər barədə bilgilərdən ibarət məlumat bazası hazırlanıb: “Əldə edilmiş materiallar əsasında 10 məqalə hazırlanaraq, dərc edilib. Məqalələrin onlayn informasiya resurslarında yerləşdirilməsi Azərbaycan audotoriyasına imkan verir ki, sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq edilən qanun və qaydalar haqqında zəruri məlumatları alsınlar”.

Konfransda çıxış edən “Metbuat.az” saytının qurucusu Ramil Mirzəyev, “Aktor” İctimai və Sosial Tədqiqatlar İB sədri Telman Məmmədov, DJFD sədri Fuad Hüseynov, “Aznews” saytının baş redaktoru Taleh Şahsuvarlı, AMİ İB sədri rauf Rəcəbov və digərləri mövzu üzrə fikirlərini çatdıraraq, icra edilmiş layihənin əhəmiyyətli olduğunu bildiriblər.  

MİTD İB Mətbuat xidməti 

date 29 Oktyabr 2025 author Admin